Allah Colanın İsrail ərazisi kimi tanınmasına görə sevindi – ABŞ dövlət katibi
Tarix: 9-07-2019, 18:40
Baxılıb: 1 728

Allah Colanın İsrail ərazisi kimi tanınmasına görə sevindi – ABŞ dövlət katibi

9-07-2019, 18:40

“Biz, İsrailin Colan Yüksəkliklərinin öz ərazisi olması haqda qərarına hörmətlə yanaşdıq və təsdiqlədik. Allah bu zaman gülümsədi (şad oldu). Həmin zaman bu bəyanat veriləndə İsraildə baş nazir Netanyahu ilə birgə idim. Biz ailəvəi birgə şam etdik. Həqiqətən çox möhtəşəm idi.”
Avromedia.az FarsNews-a istinadla xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeonun bu fikri Dövlət Katibliyinin rəsmi saytında dərc edilib.
Mayk Pompeo ABŞ-da keçirilən “İsraillə bir olan xristianlar”ın illik konfransında çıxışı zamanı ölkəsinin israillə bağlı mövqelərinin əsaslarını və təməl prinsiplərini izah etməyə çalışıb.
Çıxışının əsas hissəsini ABŞ-ın İrana qarşı sanksiya tədbirlərinə həsr edən Mayk Pompeo bildirib ki, ölkəsi İsrailin və yəhudi xalqının təhlükəsizliyinə sədaqətlidir. Tarix boyu İran şahlarının eləcə də hazırki İran İslam Respublikasının yəhudi xalqına düşmən kəsildiyini iddia edən Mayk Pompeo Suriyanın işğal edilən Colan Yüksəkliklərinin İsrailə verilməsinin “hüquqi” əsasını da izah etməyə çalışıb.
O bildirib ki, Allah Colan yüksəkliklərinin İsrail ərazisi kimi tanındığı zaman gülümsəyib və şad olub.
Qeyd edək ki, Mayk Pompeo bundan öncə də bir neçə dəfə İsrail haqda danışan zaman ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinin əsaslarında “ilahi hikmətlərin” olduğunu iddia edib.
O, son dönəmlərdə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına münasibət bildirərkən vurğulayıb ki, “Allah Trampı yəhudi xalqını İranın düşmənçiliyindən qorumaq üçün göndərib, eynilə yəhudi xalqını İran imperiyasından qorumaq üçün Esfir kralıçasının göndərildiyi kimi.”
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ