Britaniyanın İran neft gəmisini saxlaması cavabsız qalmayacaq - İran Ordusunun baş qərargahı
Tarix: 9-07-2019, 18:36
Baxılıb: 1 753
Google+ Paylaş
Tumblr Paylaş

Britaniyanın İran neft gəmisini saxlaması cavabsız qalmayacaq - İran Ordusunun baş qərargahı

9-07-2019, 18:36

 “Britaniyanın İranın neft gəmisini saxlaması cavabsız qalmayacaq. Lazım olan məkanda və lazım olan münasib zamanda buna cavab veriləcək.”
Avromedia.az FarsNews-a istinadla xəbər verir ki, bunu İranın Silahlı Qüvvələrinin baş qəraragah rəisi ordu başçısı Məhəmməd Baqiri deyib.
İranın yüksək rütbəli hərbi rəsmisi Britaniya tərəfindən ölkənin bir neft gəmisinin saxlanılmasının cavabsız qalmayacağını bildirərək, əlavə edib ki, onlar lazımi zaman və məkanı gözləyirlər.
İran SQ-in baş qərargah rəisi bildirib ki, Britaniya bu addımı vurulan ABŞ PUA-sına görə atıb.
Bundan öncə İranın müdafiə naziri Əmir Hatəmi də eyni mövqeyi sərgiləmişdi.
Qeyd edək ki, ötən həftə Britaniya Dəniz Qüvvələri Cəbəli-Tariq Muxtariyyəti polisi ilə birgə boğazdan keçən İran neft gəmisi saxlayıb. Cəbəli-Tariq regional hökuməti və Britaniya iddia edib ki, iki milyon barel neft daşıyan gəmi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozub. Cəbəli-Tariq Məhkəməsi gəminin 14 gün ərzində saxlanılması qərarını verib. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ