Moskvada Xəzərlə bağlı mühüm görüş keçirildi
Tarix: 4-07-2019, 21:54
Baxılıb: 728
Google+ Paylaş
Tumblr Paylaş

Moskvada Xəzərlə bağlı mühüm görüş keçirildi

4-07-2019, 21:54

İyulun 4-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.
Bu barədə Avromedia.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda ölkəmizi Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini Rusiya Federasiyası Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov təmsil edib.
Məsləhətləşmələr zamanı tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlərlə bağlı müzakirələr baş tutub və Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsində açıq qalan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin məsləhətləşmələr çərçivəsində Xarici İşlər nazirinin müavini X.Xələfov ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Denis Qonçar arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığı bildirilib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər mövzular da müzakirə olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ