Trampın kürəkəni və müşaviri Kuşner Fələstin rəhbərliyini axmaq adlandırıb
Tarix: 4-07-2019, 16:49
Baxılıb: 1 757
Google+ Paylaş
Tumblr Paylaş

Trampın kürəkəni və müşaviri Kuşner Fələstin rəhbərliyini axmaq adlandırıb

4-07-2019, 16:49

"Fələstinlilər Donald Trampın bölgədə sülhlə bağlı planını rədd etməklə strateji səhvə yol veriblər. Onlar axmaqdırlar ki, bu təklifə rədd cavabı verdilər.
Avromedia.az CNN.Arabic-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın müşaviri Carid Kuşner deyib.
Mətbuat konfransı zamanı C. Kuşner fələstinlilərin ABŞ-ın planını və bu istiqamətdə keçirilən Bəhreyn toplnatısını tənqid etmələrini qınayıb və fələstin rəhbərlərini axmaq adlandırıb.
"Fələstinlilərin Bəhreyn toplantısına cavabı çox səhv və isterik reaksiyalı idi", deyə Carid Kuşner fələstinliləri planın iqtisadi imtiyazlarından yararlanmağa çağırıb.
Qeyd edək ki, Tramp Administrasiyasının Fələstinlə bağlı yeni planı və bu plan istiqamətində Bəhreyndə keçirilən toplantıda Fələstin dövlətinin təsisindən, Qüdsün statusundan, fələstinli qaçqınların (5.5 – 6 milyon) öz yurdlarına dönməsindən və fələstinliləri maraqlandıran sair problemlərdən söhbət getməyib. “Əsrin sazişi” adlı bu planın birinci mərhələsində yalnız qaçqın fələstinlilərə yardımdan söhbət açılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ