Tramp nələr deyib? - Çavuşoğlu detalları açıqladı
Tarix: 4-07-2019, 14:46
Baxılıb: 1 138

Tramp nələr deyib? - Çavuşoğlu detalları açıqladı

4-07-2019, 14:46

Cənab Tramp bu məsələnin Obama dönəminin səhvi olduğunu dəfələrlə söyləyib, ancaq biz Tramp iş başına gəldiyi zaman da “Patriot” almaq niyyətimizi yazılı şəkildə ABŞ-a çatdırmışdıq. Bizə 6 ay sonra cavab gəldi. Günahı təkcə Obama dönəminin üzərinə atmayaq.
Avromedia.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın G20 sammitində Türkiyənin “Patriot” sistemlərini ala bilmədiyi üçün S-400-lərə yönəlməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.
“Tramp dönəmində 2 il bizə cavab gəlmədi. Trampın bu açıqlamasının Konqresə təsir etdiyi görünür. Biz məsələni diplomatik yollarla həll etmək istəyirik. Biz S-400 alacağıq. Bu proses daha sakit bir mühitdə davam edir”, - XİN rəhbəri bildirib.
S-400-lərin hücum deyil, müdafiə sistemi olduğunu bildirən Çavuşoğlu sistemin təcili vəziyyət olduğu halda aktivləşəcəyini qeyd edib:
“Ehtiyac olmadığı halda S-400-lər niyə aktivləşdirilsin? Bir halda ki xərcləri olduqca yüksəkdir. Türkiyənin hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Ancaq NATO ölkələrindən xahiş edirik, NATO-nun bu barədə potensialı bəllidir. S-400 təcili vəziyyətdə istifadə olunacaq bir sistemdir”.
Çavuşoğlu həmçinin ABŞ Prezidenti Donald Trampın F-35 açıqlamasına da münasibət bildirib:
“Tramp F-35-lərlə bağlı fikrini açıq və qəti şəkildə söylədi. Görüş zamanı özü də dedi: “Belə şey olar? Bir ölkə F-35 layihəsində ortağımız olub, pulunu ödəsin, ancaq ala bilməsin?”. Hər şey Trampın dediyi kimi ola bilər, olacaq, ancaq təmkinli olmaq gərəkdir”.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ