İrəvanın Bakı-Ankara qorxusu: Rusiya yenə ortada
Tarix: 4-07-2019, 12:49
Baxılıb: 1 637

İrəvanın Bakı-Ankara qorxusu: Rusiya yenə ortada

4-07-2019, 12:49

Ermənistanla Rusiya təlim keçirən zaman regional fəaliyyətlər nəzərə alınır.
Avromedia.az xəbər verir ki, bunu “Armenpress” agentliyinə açıqlamasında Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan deyib.
“Biz Azərbaycan-Türkiyə hərbi təlimlərini çox diqqətlə izləyirik. Bu il onlar iki təlim, o cümlədən Naxçıvanda təlim keçirdilər ki, bu da bizim üçün çox vacib istiqamətdir. Ermənistan-Rusiya təlimlərinə bu istiqamətdə baxmaq lazımdır. Təlimlərin ilkin hədəfi qüvvələrin planlı hazırlığı, ikinci hədəf regiondakı hərbi-siyasi situasiyaya reaksiya idi”, – deyə o bildirib.
Onun sözlərinə görə, Moskvaya beynəlxalq təzyiqlər Rusiyanın Qafqaza marağını azaltmayacaq:
“Biz Suriyada nə görürük. Bu ölkə Rusiyadan çox uzaqdır, amma vacib region olduğu üçün Rusiya birbaşa fəaliyyətə keçdi. Bizim regiona gəlincə isə o, Rusiya sərhədlərinə yaxındır və onun üçün həddən artıq vacibdir”.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ