Ruslar, iranlılar və ərəblər Türkiyəyə axışır
Tarix: 4-07-2019, 10:25
Baxılıb: 1 745

Ruslar, iranlılar və ərəblər Türkiyəyə axışır

4-07-2019, 10:25

2019-cu ilin ilk yarısında Türkiyədə daşınmaz əmlak almaq üçün ərizə ilə müraciət edənlərin sayı keçən ilin əvvəliylə müqayisədə 2,8 dəfə artıb.
Avromedia.az xəbər verir ki, bu məlumatı “Prian.ru” saytı yayıb. Sayt 2019-cu ildə xaricilərin Türkiyədə 3900 daşınmaz əmlak aldığını və bunun da 62,5% artım anlamına gəldiyini bildirib. Türkiyədə daşınmaz əmlakı əsasən İraq, İran, Rusiya, Əfqanıstan və Səudiyyə Ərəbistanı vətəndaşları alıblar.
Sayta açıqlama verən ekspert Anastasi Faley Türkiyədə daşınmaz əmlaka tələbatın lirənin dəyər itirməsi ucbatından artdığını bildirib:
“Lirə ilin ilk yarısında dollara münasibətdə 8% ucuzlaşıb. Artıma başqa səbəb isə Türkiyədə daşınmaz əmlak alışının həm də yaşayış izni alınmasına yardım etməsidir”.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ