Rusiya haqda bəyanat bomba effekti yaratdı - Karasin
Tarix: 4-07-2019, 10:08
Baxılıb: 1 752
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya haqda bəyanat bomba effekti yaratdı - Karasin

4-07-2019, 10:08

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Rusiya ilə bağlı bəyanatı partlayan bomba effekti yaratdı.
Avromedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Cenevrə görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, dövlət başçısı bu cür bəyanatlara yer verməməlidir:
“Biz deyirdik ki, Tiflisdəki nümayişlərdə səsləndirilmiş məsuliyyətsiz bəyanatlar əhval-ruhiyyəyə təsir edir. Məsələn, Zurabişvilinin bəyanatı partlayan bomba effekti yaratdı. Üstəlik, nümayişçilərin də çıxışları oldu. Mən bu partlayışın təsir etdiyi adamlardan biri idim. İkitərəfli münasibətlərdə dövlət başçısı belə bəyanatlara yer verməməlidir. Biz gərək bu məsələyə ehtiyatla yanaşaq”.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ