Türkiyə Rusiyadan Su-57 alacaqmı? – Şərh
Tarix: 4-07-2019, 09:00
Baxılıb: 1 755
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə Rusiyadan Su-57 alacaqmı? – Şərh

4-07-2019, 09:00

ABŞ F-35-ləri Türkiyəyə satmaqdan qəti şəkildə imtina etsə, əlbəttə ki, rəsmi Ankara Rusiyadan Su-57-ləri ala bilər.
Bu sözləri Avromedia.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov Türkiyənin Rusiyadan Su- 57 təyyarələrini alması ehtimalı haqqında danışarkən deyib. O bildirib ki, qardaş ölkənin atdığı bu addımlar Türkiyənin müstəqil və öz siyasətini istədiyi kimi aparmağa qadir olduğunu göstərir:
“Rəsmi Ankara hələ də ABŞ-dan F-35-təyarələrini almaqdan imtina etməyib. Sadəcə olaraq, Senatın qoyduğu şərtlərlə Ankara razılaşmır və buna görə də bu məsələ bu qədər uzanır. Təbii ki, məsələ çox uzanarsa və ABŞ F-35 layihəsindən Ankaranı tam təcrid edərsə, Türkiyənin Rusiyadan Su-57 təyyarələrini almaq ehtimalı artacaq. Çünki nəticə etibarı ilə hər ikisi yeni nəsil təyyarədir və demək olar ki, eyni funksiyanı yerinə yetirir”.
Hərbi ekspert bildirib ki, Türkiyənin Rusiyadan S-400 alması da ABŞ-ın analoji siyasətinin nəticəsidir:
“ABŞ “Patriot” raketlərini uzun müddət Türkiyəyə vermədi, nəticədə isə Ankara öz hava məkanının təhlükəsizliyi üçün S-400 almaq məcburiyyəti qarşısında qaldı. İndi yenə ABŞ F-35-ləri Türkiyəyə vermək istəməsə, əlbəttə ki, rəsmi Ankara Rusiyadan Su-57-ləri alacaq. Çünki ABŞ tərəfi ona başqa seçim qoymur. Amma təbii ki, bu baş verərsə, Türkiyənin Qərblə və xüsusi ilə ABŞ münasibətləri daha da gərginləşəcək”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ