“Tramp Türkiyəyə gəlir” – Gərginlik yeni mərhələyə keçir
Tarix: 3-07-2019, 21:04
Baxılıb: 2 187

“Tramp Türkiyəyə gəlir” – Gərginlik yeni mərhələyə keçir

3-07-2019, 21:04

“Türkiyə-ABŞ əlaqələrinin normallaşdırılması istiqamətində aparılan danışıqlar davam edir. Hesab edirəm ki, Ankaranın Rusiyadan “S-400” raket kompleksi alması Türkiyəyə tətbiq edilən sanksiyaların genişləndirilməsinə səbəb olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Vaşinqton çalışacaq ki, bundan sonrakı dönəmdə Ankara və Moskva arasında bu kimi hərbi-texniki anlaşmalar olmasın:
“Buna görə də, gərginliyin aradan qaldırılması üçün Türkiyə ilə dialoqu davam etdirəcəklər. ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, Ankara Rusiya-Çin oxuna yaxınlaşmalı olacaq. Bu da Vaşinqtonun maraqlarına cavab vermir.
Qənaətimə görə, gərginlikdə ABŞ-ın payı böyükdür. ABŞ vəziyyətin bu yerə çatmaması üçün vaxtında Türkiyəyə “Patriot” sistemlərini satmalı, habelə Suriyada YPG terror təşkilatına dəstəyini kəsməli idi. ABŞ hələ ki buna əməl etmir, hətta Türkiyəni Aralıq dənizində sıxışdırmağa çalışır”.
Məhəmməd Əsədullazadə hesab edir ki, baş verənlər Prezident Donald Trampın Türkiyə səfərindən sonra yeni mərhələyə keçəcək və iki dövlət arasında problemlər olsa da gərginlik kəskin hal almayacaq:
“Amma ABŞ çalışacaq ki, Türkiyə-Rusiya əlaqələrini zəiflətsin. İndiki məqamda Amerika yevangelistləri Türkiyənin maraqlarına ciddi zərbə vururlar. Təbii ki, burada AKP iqtidarının da ciddi səhvləri var, hər iki tərəf siyasət üçün çox emosionaldır”.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ