“Loşarik” faciəsi: O, bizdən əvəz çıxdı – Pankratenko
Tarix: 3-07-2019, 17:01
Baxılıb: 1 646
Google+ Paylaş
Tumblr Paylaş

“Loşarik” faciəsi: O, bizdən əvəz çıxdı – Pankratenko

3-07-2019, 17:01

“Loşarik” faciəsini çoxları Kursk fəlakətinə bənzətsə də, onların səbəbləri fərqlidir.
Bu sözləri Avromedia.az-a açıqlamasında rus hərbi ekspert İqor Pankratenko Severomorskdakı “Loşarik” atom sualtı qayığında iyulun 1-də baş verən yanğını şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, əksəriyyət bu faciəyə görə Rusiya hökumətini qınamağa can atsa da, Rusiya rəhbərliyinin bununla heç bir əlaqəsi yoxdur:
“İndi çoxları – kimsə səmimi-qəlbdən, kimsə məqsədyönlü şəkildə günahı Rusiya hökumətinin boynuna atacaq. Biz indi bu hadisənin təhlilində çoxlu etirazlarla rastlaşmaq məcburiyyətində qalacağıq. Hətta deyərdim ki, bu artıq start götürüb.
Bir həqiqəti anlamaq lazımdır ki, yüksək texnologiyalı silahların saxlanılması üçün - aviasiya, donanma və ya digər qoşunlar olsun - insan həyatı qurban gedir. Həmişə belə olub, belə də davam edəcək.
Texnika insan həyatına qarşı qəddar və laqeyddir. O, istənilən vaxt verdiyi faydanın əvəzini insana qanı bahasına ödətdirə bilər”.
Qeyd edək ki, iyulun 1-də Severomorkda Rusiya sualtı qayığında baş verən qəza nəticəsində 14 nəfər ölüb. Ölənlərin 7-si 1-ci dərəcəli kapitan, 2-si isə Rusiya Qəhrəmanıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ