Husilər yeni inkişaf etmiş raket sistemlərini nümayiş etdirəcəklərini bildiriblər
Tarix: 3-07-2019, 18:04
Baxılıb: 1 749

Husilər yeni inkişaf etmiş raket sistemlərini nümayiş etdirəcəklərini bildiriblər

3-07-2019, 18:04

"Bizdə yeni raket sistemləri var. Onlar tezliklə istifadəyə veriləcək. Yeni inkişaf etmiş silahlar da nümayiş etdiriləcək."
Avromedia.az əl-Məsira telekanalına istinadla xəbər verir ki, bunu qərargahı paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri deyib.
Son aylarda Yəməndə baş verən döyüşlər və cavab olaraq Səudiyyə Ərəbistanı mövqelərinə edilən hücumlar haqda hesabat verən Y. Səri bildirib ki, onların cavab əməliyyatları davam edəcək.
Husilərlə müttəfiq olan Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, onlar yaxın zamanlarda yeni raket sistemlərini və inkişaf etmiş silahları nümayiş etdirəcəklər.
Qeyd edək ki, son aylarda husilərin cavab olaraq, Səudiyyə Ərəbistanı səmasında uçurduqları pilotsuz təyyarələr və bu ölkə ərazisinə atılan ballistik raketlər rəsmi ər-Riyad və hərbi koalisiyasının ciddi narahatlığına səbəb olub. Husilərin raket və pilotsuz təyyarələrinə görə Səudiyyə Ərəbistanın cənub əyalətlərində hava limanlarının işi tez tez dayanır.
Bildirək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-cı ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ