Deripaska ABŞ casusunu İrandan almaq üçün… - Şok etiraf
Tarix: 3-07-2019, 10:27
Baxılıb: 1 637

Deripaska ABŞ casusunu İrandan almaq üçün… - Şok etiraf

3-07-2019, 10:27

Rusiyalı biznesmen Oleq Deripaska 2009-2011-ci illərdə İran əsirliyində olan FTB-nin keçmiş əməkdaşı, MKİ-nin casusu Robert Levinsonun azad edilməsi üçün 20 milyon dollar pul xərclədiyini etiraf edib.
Avromedia.az xəbər verir ki, o, bu etirafını Hill TV-yə müsahibəsində dilə gətirib. O, Levinsonun azad edilməsi əməliyyatı üçün ödənişi FTB-nin rəhbəri Robert Müller və FTB sədrinin keçmiş müavini Endryu Makkeybanın xahişi ilə etdiyini bildirib. Deripaska Levinsonun azad edilməsi işiylə bağlı komandasının İran tərəfiylə razılıq əldə etdiyini, amma son anda Hillari Klintonun rəhbərlik etdiyi Dövlət Departamentində problem yarandığını bildirib. Rusiyalı biznesmen hələ də Levinson işində Dövlət Departamentinin niyə onun əldə etdiyi razılığa getmədiyini aydınlaşdırmağa çalışdığını söyləyib.
Qeyd edək ki, Levinson 2007-ci ildə İrana səfəri zamanı əsir düşüb. Sonuncu dəfə onun görüntüləri 2011-ci ildə ortaya çıxıb. ABŞ tərəfi İran xüsusi xidmət orqanlarından Levinsonun azad olunmasını tələb edir.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ