Rusiya sualtı qayığı niyə partladı – səbəblər
Tarix: 2-07-2019, 23:50
Baxılıb: 1 448

Rusiya sualtı qayığı niyə partladı – səbəblər

2-07-2019, 23:50

Rusiyanın “Loşarik” adlı atom sualtı qayığında ağır qəzanın baş verməsi dünya mediasının bir nömrəli mövzusuna çevrilib. Rusiyanın RBK agentliyinin məlumatına görə, 14 dənizçi zəhərlənmədən həlak olub. Onların içində 1-ci ranqdan olan 7 kapitan (Quru Qoşunlarında polkovnik rütbəsinə bərabərdir) və iki “Rusiyanın milli qəhrəmanı” adına layiq görülmüş hərbçi var.

Qəzanın aradan qaldırıldığı deyilsə də dünyanın idarə mərkəzlərindəki hərəkətlilik və fövqaladə vəziyyət rejimi başqa mətləblərdən xəbər verir.

Bildirilir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Nyu-Hempşir ştatına səfərini yarımçıq qoyaraq, təcili Ağ Evə dönüb. Rusiya prezidenti Vladimir Putin isə bütün görüşlərini təxirə salaraq müdafiə naziri Sergey Şoyqudan dərhal hesabat verməsin tələb edib.

Maykl Pensin mətbuat katibi Alisa Farah vitse-prezidentin Vaşinqtonda qalmasını zəruri edən səbəblər olduğunu bildirib.
Ağ Ev rəsmiləri məsələnin iddia edildiyi kimi Donald Trampın səhhətində yaranmış (onun infarkt keçirdiyi xəbərləri də yayılıb-red.) problemlə bağlı olmadığını söyləyiblər.
Rusiyanın sualtı qayığının nüvə reaktorlu olması radiasiya sızıntısı iddialarını gücləndirib. Bununla bağlı olaraq Norveçin Radiasiya və nüvə təhlükəsizliyi qurumunda açıqlama gəlib. Onlar yüksək dərəcədə hər hansı sızıntının olmadığının bildiriblər.

Onu da qeyd edək ki, yanğının baş verdiyi AC-12 atom sualtı qayığı həm də “Loşarik” adı ilə tanınır. Bu gəmi silahla təchiz olunmayıb və 6000 metrə qədər enə bilir. “Loşarik”in ekipajı 25 nəfərdən ibarətdir. Onun hazırlanması olduqca məxfi şəraitdə aparılıb. 
Qərb xüsusi xidmət orqanlarının məlumatına görə isə AC-12 əslində rəqibin sualtı hərbi infrastrukturunu dağıtmaq, materiklər arasındakı kabel əlaqəsini kəsməyə və Rusiyanın Hərbi-Dəniz Donanmasının hərəkətlərini izləyən sualtı stansiyaları məhv etməyə yönəlik diversiya aparatıdır. Elə buna görə də bəzi mənbələr sualtı qayığın vurulması versiyasını da irəli sürürlər.  
Sualtı enmə aparatı özünün unikal konstruksiyası ilə seçilir. O, bir neçə şara bənzər titan parçalardan yaradılıb. Bu da onu İvan Ufimtsev və Yuri Norşteynin yaratdığı məşhur sovet cizgi film qəhrəmanı Loşarikə bənzədib.

Qəzanın səbəblərini araşdırmaq üçün Rusiya Hərbi-Dəniz Donanmasının komandanı admiral Nikolay Yevmenovun rəhbərliyi ilə komissiya yaradılıb. N.Yevmenov bu posta cəmi iki ay əvvəl - mayın 3-də təyin olunmuşdu.Musavat
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ