Avropa İttifaqı Şurasına yeni prezident seçilib
Tarix: 2-07-2019, 23:32
Baxılıb: 965
Google+ Paylaş
Tumblr Paylaş

Avropa İttifaqı Şurasına yeni prezident seçilib

2-07-2019, 23:32

Şarl Mişel Avropa İttifaqı Şurasının prezidenti seçilib.
Avromedia.az-ın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, yeni prezident rəsmi fəaliyyətə 2019-cu il dekabrın 1-dən başlayacaq və səlahiyyət müddəti 2022-ci il mayın 31-də başa çatacaq.
Şarl Mişel bu müddətdə həm də Avropa Sammitinə rəhbərlik edəcək.
Avropa İttifaqı Şurası həmçinin Ursula von der Leyenin Avropa Komissiyasının prezidenti postuna namizədliyini təsdiqləyərək Avropa Parlamentinə təqdim edib. İrəli sürülən namizəd Avropa Parlamentinin deputatları tərəfindən seçiləcək.
Aİ Şurası Cozep Borrell Fontellessin namizədliyini Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi postuna təsdiq edib. Aİ-nin ali nümayəndəsinin rəsmi təyinatının təsdiqlənməsi üçün Avropa Komissiyasının yeni prezidentinin təsdiqləməsi tələb olunur.
Aİ Şurası Kristine Laqardenin namizədliyini isə Avropa Mərkəzi Bankının prezidenti postuna təsdiqləyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ