İrana neftin istehsalının azaldılması prosesində güzəştlər edilib
Tarix: 2-07-2019, 18:36
Baxılıb: 1 141

İrana neftin istehsalının azaldılması prosesində güzəştlər edilib

2-07-2019, 18:36

 OPEK üzvlərinin qərarı ilə İran qara qızılın hasilatının azaldılması məsələsində bəzi güzəştlərdən bəhrələnib.
Avromedia.az Tasnim Agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Zəngəne məlumat verib.
İranlı nazir OPEK-ə üzv ölkələrin Vyanada keçirilən toplantısından sonra bildirib ki, ölkəsinə neftin hasilatının azaldılması prosesində güzəşt olunub.
"İstədiyimizə nail olduq. İran öncəki kimi neftin istehsalının azldılmasında güzəştdən bəhrələndi." deyə İran neft naziri Vayana keçirilən son toplantının müsbət nəticələrlə yadda qaldığını bildirib.
İranlı nazir OPEK tərkibindəki bəzi ölkələrin qara qızıldan istifadə edərək, digər ölkələrə təzyiq amili kimi siyasət yürütdüyünü də dilə gətirib və bildirib ki, hədəfə alınan ölkələr İran və Venesueladır.
Qeyd edək ki, nüvə sazişindən birtərəfli şəkildə çıxdıqdan sonra ABŞ-ın İrana qarşı başlatdığı sanksiyalardan biri də neft sahəsidir. ABŞ İran neftini alan ölkələrə və şirkətlərə xəbərdarlıq edərək, İran neftinin alınmamasına görə qara qızılın bazarında yarana biləcək kəsirə görə xatircəmlik verməyə çalışır və bu istiqamətdə Səudiyyə və BƏƏ neftinin alternativ olaraq nəzərdə tutulmasını istəyir. 
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ