Rusiyanın MDB üzrə məşhur kuratoru istefaya gedir
Tarix: 2-07-2019, 09:56
Baxılıb: 1 142

Rusiyanın MDB üzrə məşhur kuratoru istefaya gedir

2-07-2019, 09:56

Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin istefaya göndəriləcək.
Avromedia.az xəbər verir ki, bu məlumatı RBK televiziyası öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Karasinin istefasına səbəb dövlət xidməti üçün nəzərdə tutulan son yaş həddinə, yəni 70 yaşa çatmasıdır. Mənbə diplomatın bundan sonra fəaliyyətini Federasiya Şurasında davam etdirə biləcəyini yazıb. O, Karasinin şuraya Saxalin vilayətindən namizəd göstəriləcəyini bildirib.
Qeyd edək ki, Karasin Rusiya xarici işlər nazirinin müavini vəzifəsini 2005-ci ildən icra edir. Bu vaxta qədər isə o, Rusiyanın Britaniyadakı səfiri olub. Karasin XİN-də, xüsusilə MDB və xaricdəki ruslarla münasibətləri kurasiya edir.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ