Türkmənistan prezidentindən öz ad günündə gözlənilməz davranış
Tarix: 1-07-2019, 23:22
Baxılıb: 646

Türkmənistan prezidentindən öz ad günündə gözlənilməz davranış

1-07-2019, 23:22

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 62 yaşı tamam olub. Bütün ölkə boyu onun ad gününü qeyd ediblər.
Bizimyol.info xəbər verir ki, çoxlu tədbirlər təşkil olunub. Hər yerdə əhalini bu tədbirlərdə iştiraka məcbur ediblər.
Telekanallar əməkdaşlarının hamısı efirə ağ kostyumda çıxıblar. Verilişlərdə doğum gününün Türkmənistanın ən xoşbəxt günü kimi xarakterizə ediblər. Aparıcılar əsl bayramdan söz açıblar.
Məscidlərdə məmurların iştirakı ilə Berdıməhəmmədova dualar oxunub. Bütün informasiyalarda prezidentin uzaqgörən və müdrik siyasətindən danışılıb. Ümumdaxili məhsulun səviyyəsinin, sosial rifahın artmasını, siyasi sabitliyi, beynəlxalq nüfuzu, başqa ölkələrlə iqtisadi və diplomatik əlaqələrin gücləndirilməsini yüksək qiymətləndirdiklərini dilə gətiriblər.
Şairə Gözəl Şaqulıyeva Berdıməhəmmədova həsr etdiyi yeni şeirini oxuyub. Şeir “Neytral Türkmənistan” qəzetində də dərc olunub. Burada prezident xilaskar mələk kimi göstərilib.
Daxili İşlər Nazirliyində Berdıməhəmmədovun yeni kitabının təqdimatı keçirilib. “Türkmənistan – Böyük ipək yolunun ürəyi” kitabı türkcə və ukrayncaya da tərcümə olunub.
Maraqlıdır ki, Berdıməhəmmədov doğum günü tədbirlərinə gəlməyib. Ümumiyyətlə, telekanallarda da görünməyib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ