Bakıda bunun əyani şahidi olduq - Li
Tarix: 1-07-2019, 19:42
Baxılıb: 1 740

Bakıda bunun əyani şahidi olduq - Li

1-07-2019, 19:42

İyulun 1-də Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev YUNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ilə görüşüb.
Nazirlikdən Kult.az-a bildirilib ki, qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür edən Əbülfəs Qarayev Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat verib. Bildirib ki, mədəni sərvətlərimizin qorunması və bərpası ölkə başçısının diqqət mərkəzindədir və bu istiqamətdə dövlət səviyyəsində fəal iş aparılır. Həmçinin bu sahədə beynəlxalq əməkdaşlığa da böyük önəm veririk.
Nazir, həmçinin qədim Qəbələ şəhərinin öyrənilməsi məqsədilə koreyalı mütəxəssislərlə birgə tədqiqat işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
YUNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını deyib, buna görə Azərbaycan hökumətinə öz minnətdarlığını ifadə edib: “Azərbaycanı dünyada daha çox neft və qaz ölkəsi kimi tanısalar da, ölkəniz həm də zəngin mədəni irsə sahibdir. Biz burada olduğumuz müddətdə bu zənginliyin əyani şahidi olduq”.
Qonaq Azərbaycanın dünyada mədəni irsin qorunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ