Ərdoğan Szinpinə Çin zülmündən danışacaq? - Pekin səfəri
Tarix: 1-07-2019, 19:37
Baxılıb: 1 646
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan Szinpinə Çin zülmündən danışacaq? - Pekin səfəri

1-07-2019, 19:37

Hökumət uyğurlar məsələsində son dərəcə ehtiyatlı davranır, təxribatlara aldanmır.
Avromedia.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının rəsmisi Yusif Tuncər Prezident Rəcəb Tayyib Ərdoğanın Çinə səfər edəcəyini şərh edərkən bildirib.
Tuncər Ərdoğanın Çin sədri Si Szinpinlə görüşündə uyğur məsələsinin də gündəmdə olacağını söyləyib:
"Liderlərin görüşündə ehtimal edilən müzakirə məsələlərindən biri uyğurlardır. Sosial mediada çox aktiv fəaliyyət göstərən uyğur separatçılar "Ərdoğan Si Szinpinlə görüşəcək və uyğurlara qarşı edilən Çin zülmündən danışacaq", - bəyan ediblər. Ancaq hökumət bu kampaniyalara qarşı məsafəli davranır. Bundan əlavə, ötən həftə TBMM-də uyğurlarla bağlı məsələnin gündəmə gətirilməsini AKP və MHP rədd edib. Yaxın gələcəkdə də Türkiyədən Çinə qarşı müsbət yanaşma davam etdiriləcək".
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ