Türkiyəli general: Ermənistan üçtərəfli bəyanatı pozur - VİDEO
Tarix: 4-03-2021, 08:32
Baxılıb: 4 175
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəli general: Ermənistan üçtərəfli bəyanatı pozur - VİDEO

4-03-2021, 08:32

Ermənistan 10 noyabr bəyanatını pozur və öz hərəkətləri ilə bunu açıq-aşkar nümayiş etdirir.
Avromedia.az xəbər verir ki, bunu Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Kahraman Güneş açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Qarabağ sakinləri öz dədə-baba yurdlarına qayıtmalı və bundan sonrakı həyatlarını təhlükəsiz şəkildə orada yaşamalıdırlar. Ancaq Ermənistanın, demək olar ki, hər yerə basdırdığı minalar bu işi çox ləngidir və çətinləşdirir. 

Türkiyəli general-mayor deyir ki, Ermənistan hazırda  təkcə 10 noyabr sazişini yox, həm də BMT-nin minaların qadağan olunması ilə bağlı müqaviləsini pozur.

Kahraman Güneş hesab edir ki, Azərbaycan sözügedən ərazilərin minalardan təmizlənməsi prosesinə bu sahə üzrə daha peşəkar və böyük təcrübəyə malik beynəlxalq şirkətləri cəlb etməlidir.

Kahraman Güneş həmçinin bildirib ki, Ermənistanı təzyiq altında saxlamaq üçün  xarici mediada mütəmadi olaraq müxtəlif verilişlər və sənədli filmlər nümayiş olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ