Pakistanla sərhəddə hücum: İran ordusu itki verdi
Tarix: 4-03-2021, 08:00
Baxılıb: 3 234
Google+ Paylaş
Tumblr Paylaş

Pakistanla sərhəddə hücum: İran ordusu itki verdi

4-03-2021, 08:00

Ceyş ül-Adl Bəluc qruplaşmasının silahlıları Sistan-Bəlucistan əyalətində İran ordusunun (SEPAH) avtomobillərinə hücum edib.
Avromedia.az xəbər verir ki, hadisə Pakistan sərhədinə yaxın Keşteqan adlanan ərazidə baş verib.
Bəluc milli fəalı Abdulla Arif BBC-yə açıqlamasında bildirib ki, bölgədə reyd keçirən SEPAH-ın iki avtomobili Ceyş ül-Adl təşkilatı yaraqlılarının hücumuna məruz qalıb:
“Silahlı hücumda 5 SEPAH-çı hadisə yerində həyatını itirib, 3-ü isə girov götürülüb”, - deyə o bildirib.
SEPAH-ın Sistan-Bəlucistandakı Qüds Qərargahı bəyanat yayaraq, baş verənləri təsdiqləyib.
Hücum edənlər hadisə yerindən uzaqlaşa biliblər. Onların girov götürdüyü 3 hərbçinin hara aparıldığı məlum deyil.Teleqraf.com
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ