Türk Şurasına qoşulmaq istəyirik - Ukrayna
Tarix: 3-03-2021, 22:03
Baxılıb: 1 147
Google+ Paylaş
Tumblr Paylaş

Türk Şurasına qoşulmaq istəyirik - Ukrayna

3-03-2021, 22:03

Ukrayna Özbəkistanı “Krım platforması” sammitinə dəvət edib.
Avromedia.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarova ilə Özbəkistanın Kiyevdəki səfiri Əlişir Kurmanov arasında görüş keçirilib.
Görüş zamanı Cabbarova Ukraynanın Türk Şurasında müşahidəçi statusu almaq niyyətində olduğunu bildirib.
“Müşahidəçi statusu almaq şuraya üzv dövlətlərlə münasibətləri inkişaf etdirmək üçün əlavə imkanlar yaratmaqla yanaşı, Ukraynanın Türk dünyası ilə xüsusi əlaqələrini nümayiş etdirməyə imkan verəcək”, - Cabbarova deyib.
Qeyd edək ki, Ə.Cabbarova Ukraynanın Türk Şurasında müşahidəçi statusu almaq istədiyi haqda qərarını ilk dəfə 2020-ci ildə açıqlamışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ