Akkuyu Nüvə Elektrik Stansiyasında 3-cü reaktorun təməlini Türkiyə və Rusiya prezidentləri atacaq.
Avromedia.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz deyib.
Nazir bildirib ki, təməlqoyma mərasimi mart ayının 10-da baş tutacaq:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin mərasimə videoformatda qoşulacaqlar”.