Britaniyada "Xocalıya ədalət!" lövhələri asılıb
Tarix: 26-02-2021, 08:51
Baxılıb: 1 176
Google+ Paylaş
Tumblr Paylaş

Britaniyada "Xocalıya ədalət!" lövhələri asılıb

26-02-2021, 08:51

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar "Xocalıya ədalət!" tələbinin dünyanın müxtəlif ölkələrində nümayiş olunması davam etdirilir.
Komitədən verilən məlumata görə, Britaniya-Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə "Xocalıya ədalət!" tələbinin əks olunduğu lövhələr ölkənin Mançester və Brayton şəhərlərində yerləşdirilib.
Erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırıma diqqəti cəlb etmək məqsədilə lövhədə https://justiceforkhojaly.org/ portalı da göstərilib.
Hər iki şəhərdə "Xocalıya ədalət!" tələbinin iki həftə ərzində nümayiş olunması nəzərdə tutulub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ