Vaşinqtonda Xocalı faciəsini əks etdirən lövhələr asılıb
Tarix: 26-02-2021, 08:34
Baxılıb: 3 228
Google+ Paylaş
Tumblr Paylaş

Vaşinqtonda Xocalı faciəsini əks etdirən lövhələr asılıb

26-02-2021, 08:34

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşkilatçılığı və dəstəyi ilə şəhərin müxtəlif yerlərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə “Xocalı Azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur” (Khojaly was the largest massacre of Azerbaijani civilians) lövhələri asılıb.
Avromedia.az xəbər verir ki, 25 və 26 fevral tarixlərində davam edəcək bu yayım şəhərin mərkəzində - Ağ Ev, Konqres binası, Vaşinqton abidəsi, milli parklar və memorial abidələri və digər görkəmli məkanlarda nümayiş etdirilir.
Lövhələr əsasən paytaxtın əsas nəqliyyat dayanacaqları və yol qovşaqlarında, şəhər sakinlərinin, qonaqların və turistlərin sıx olduğu yerlərdə yayımlanır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ