Qarabağda daha 4 erməni əsgərin meyiti tapılıb.
Avromedia.az erməni mediasına istinadla xəbər verir ki, Suqovuşanda bir erməni meyitini ermənilərə Azərbaycan Ordusu verib. Üzərində tapılan sənədə əsasən, onun 1993-cü il təvəllüdlü Aşot Xaçatryan olduğu aydınlaşıb.
Digər meyitlər Cəbhayıl ərazisində tapılıb.
Ümumilikdə 14 noyabrdan bəri Qarabağda axtarışlar nəticəsində tapılan meyitlərin sayı 1287-ə çatıb.