AŞPA Qarabağla bağlı qətnamə qəbul etdi
Tarix: 26-01-2021, 08:53
Baxılıb: 3 222
Google+ Paylaş
Tumblr Paylaş

AŞPA Qarabağla bağlı qətnamə qəbul etdi

26-01-2021, 08:53

Azərbaycan və Ermənistan siyasi dialoqa mane olan ritorikadan çəkinməli və Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmanın müddəalarını ən qısa müddətdə həyata keçirməlidirlər.
Avromedia.az xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin 2020-ci il üzrə hesabatına dair qəbul etdiyi qətnamədə deyilib.
Qurum Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu qeyd edib və İrəvan və Bakını 9 noyabr (10 noyabr) 2020-ci il tarixli üçtərəfli bəyanatın humanitar məsələlərə dair müddəalarını yerinə yetirməyə çağırıb.
AŞPA bundan başqa tərəflərə əsir mübadiləsinə dərhal başlamağı, mədəni irsə hörmət etməyi, siyasi dialoqa müdaxilə edən ritorikadan çəkinməyi tövsiyə edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ