"Rusiya Ermənistanda oyun qaydalarını dəyişdirir" - Xaçik Asryan
Tarix: 25-01-2021, 22:58
Baxılıb: 1 135
Google+ Paylaş
Tumblr Paylaş

"Rusiya Ermənistanda oyun qaydalarını dəyişdirir" - Xaçik Asryan

25-01-2021, 22:58

“Erməni mətbuatı bir neçə gündür Ermənistanın daxili siyasi həyatında baş verən yeni hadisələri işıqlandırır. Xüsusilə mövcud müxalifət və iqtidar erkən parlament seçkilərinin keçirilmə mexanizmlərinə qarşı çıxarkən, ölkədə daha incə və daha dərin proseslər gedir. 
Rusiya Federasiyası dəstəkləyici qüvvələri ilə birlikdə yeni bir gündəm formalaşdırır. İkinci Qarabağ müharibəsi rus komponentinin təhlükəsizlik sistemimizdə nə qədər əhəmiyyətli olduğunu, Rusiya ilə münasibətlərdə nə qədər yeni bir nəfəs ala biləcəyini göstərdi”.
Avromedia.az xəbər verir ki, bu fikirləri “Erməni Qartalları” nın lideri Xaçik Asryan “Verelq.am”a müsahibəsində söyləyib.
O əlavə edib ki, “Müharibədən sonrakı Ermənistan yalnız Rusiya ilə bir vahid dövlət quraraq bu ittifaqı gücləndirərək, hər zaman həm xarici həm də daxili düşmənlərdən qorunaraq gündən-günə güclənə bilər. Yalnız Rusiya ilə ittifaq dövlətində olmq şərtilə bu ölkənin ən güclü hərbi bazalarını Zəngəzur və Qarabağda yerləşdirmək lazımdır. Bununla da vahid bir orduya sahib olmaqla erməni xalqının milli, xristian və tarixi dəyərlərini qoruya bilərik”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ