Rusiyada etirazlar başladı: toqquşma və həbslər var - Canlı
Tarix: 23-01-2021, 16:12
Baxılıb: 5 620
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada etirazlar başladı: toqquşma və həbslər var - Canlı

23-01-2021, 16:12

Rusiyada Aleksey Navalnının azad edilməsi tələbi ilə etiraz aksiyalarına start verilib.
Aksiyalar Xabarovsk vilayətində başlayıb. Aksiya iştirakçıları “Lənət olsun, Çar!” şüarları səsləndiriblər. Xabarovskda etirazlara 1000 nəfərin qatıldığı bildirilib.
Etiraz aksiyalarında artıq həbslərin olduğu vurğulanıb. Belə ki, OMON etirazçılara qarşı güc tətbiq edib. Hələlik OMON-un saxladığı şəxslərin 10-a çatdığı bildirilib.
Mitinqlər Komsomolk-Amurda, Çitada, Maqadanda, Yakutda, İrkutskda, Novosibirskdə, Cənubi Saxalində, Tümendə və Vladivostokda da baş tutub. Cənubi Saxalin və Vladivostokda kütləvi həbslər yaşanıb. Bu şəhərlərdə etirazlara 3 min nəfər qatılıb. Onlarla OMON-çular arasında qarşıdurma baş verib.
Son məlumata görə, Xabarovskda 40, Komsomolsk-Amurda 30, Vladivostokda 20 nəfər saxlanılıb.
Yakutda da saxlanılanlar var.
Rusiyanın fərqli şəhərlərində Navalnıya dəstək mitinqlərində iştirak edənlərin ümumi sayı 15 min nəfəri keçib.
Bu məlumatı “MBX media” yayıb.
Ən böyük aksiyaların Vladivostok və İrkutskda olduğu bildirilib.
Aksiyalarda indiyə qədər 369 nəfər saxlanılıb.
Həbslər daha çox Sibir və Uzaq Şərq bölgələrində olub.
Qeyd edək ki, etiraz aksiyaları Rusiyanın 60 şəhərində keçirilir.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ