Qarabağdakı sülhməramlılarla bağlı SON MƏLUMAT
Tarix: 23-01-2021, 11:28
Baxılıb: 5 828
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağdakı sülhməramlılarla bağlı SON MƏLUMAT

23-01-2021, 11:28

Dağlıq Qarabağ ərazisində xidmət edən Rusiya sülhməramlı kontingenti tapşırıqları yerinə yetirməyə davam edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik hesabatında bildirilir.
Qeyd olunur ki, son sutkada 131 erməni Ermənistandan Dağlıq Qarabağa qayıdıb. Bununla da 14 noyabr 2020-ci ildən bəri, ümumilikdə 50 min 521 nəfər Dağlıq Qarabağdakı yaşayış yerlərinə geri dönüb.
Rus sülhməramlıları ermənilərin yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir.
Onlar 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisini minalardan təmizləməyə davam edir.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almağa dair səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ