Qiyamçılar paytaxtı mühasirəyə aldı - Dünya heyrətlə izləyir
Tarix: 23-01-2021, 06:34
Baxılıb: 4 028
Google+ Paylaş
Tumblr Paylaş

Qiyamçılar paytaxtı mühasirəyə aldı - Dünya heyrətlə izləyir

23-01-2021, 06:34

Mərkəzi Afrika Respublikasında üsyançı qruplaşmaların paytaxt Bangiyə hücumu ilə bağlı fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Avromedia.az BBC-yə istinadən xəbər verir ki, hökumət nümayəndəsinin sözlərinə görə, rejim 15 gün qüvvədə olacaq və hərbi qulluqçulara məhkəmə sanksiyaları olmadan həbslər aparmaq imkanı verəcək.
Ölkə ərazisinin təxminən üçdəiki hissəsinə nəzarət edən üsyançılar paytaxtı mühasirəyə alıb. Ordu və BMT-nin sülhməramlı qüvvələri bu hücumu dayandırmağa çalışırlar.
Qiyamçılar prezident Fosten-Arkanj Tuaderanın yenidən bu posta seçilməsinin qanuni olması ilə razılaşmırlar. Ölkə hakimiyyəti isə öz növbəsində zorakılığı qızışdırmaqda sabiq dövlət başçısı Fransua Bozizeni ittiham edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ