Gürcüstan beynəlxalq uçuşları bərpa edir - BU TARİXDƏN
Tarix: 22-01-2021, 17:30
Baxılıb: 5 642
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstan beynəlxalq uçuşları bərpa edir - BU TARİXDƏN

22-01-2021, 17:30

Gürcüstan beynəlxalq müntəzəm uçuşlara qoyulan məhdudiyyətləri tamamilə ləğv edəcək.
Bunu İqtisadiyyat naziri Natia Turnava bu gün keçirdiyi brifinqdə deyib.
Bildirilib ki, 1 fevral 2021-ci ildən etibarən müntəzəm uçuşlara icazə veriləcək: “Bu o deməkdir ki, Gürcüstanda fəaliyyət göstərən və ya fəaliyyətini davam etdirən bütün aviaşirkətlər, yaxud Gürcüstana daxil olmaq arzusunu bildirən yeni şirkətlər müntəzəm uçuşları planlaşdıra və müəyyən tezliklə həyata keçirə biləcəklər”.
Eyni zamanda, nazir uçuşların bütün tibbi protokollara və təhlükəsizlik tədbirlərinə uyğun olaraq həyata keçiriləcəyini qeyd edib: “Dünyadakı bir çox hava yolu şirkəti bunu edir. Buna əsasən, burada əlavə təhlükənin olmayacağına inanırıq”.
O, məhdudiyyətlərin ləğvinin aviasiya bazarının sürətlə bərpası demək olmadığını diqqətə çatdırıb. Bildirib ki, ilk növbədə, ölkəyə koronavirus əleyhinə peyvəndin başladığı daha təhlükəsiz ölkələrdən girişə icazə veriləcək.
31 yanvar 2021-ci ilə qədər qüvvədə olacaq qaydalara əsasən, müntəzəm uçuşlara qoyulan məhdudiyyət Tbilisi Beynəlxalq Hava Limanını Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milan hava limanları ilə əlaqələndirən birbaşa beynəlxalq uçuşlara şamil edilmir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ