Lavrov MDB ölkələrinin səfirlərini TOPLADI
Tarix: 22-01-2021, 09:50
Baxılıb: 4 723
Google+ Paylaş
Tumblr Paylaş

Lavrov MDB ölkələrinin səfirlərini TOPLADI

22-01-2021, 09:50

Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun MDB – nin iştirakçısı olan dövlətlərin səfirləri ilə ənənəvi görüşü keçirilib.
Bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə MDB-nin icraçı katibi, İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, KTMT-nin baş katibi Stanislav Zas və Avrasiya İqtisadi Komissiyası kollegiyasının sədri Mixail Myasnikoviç də iştirak ediblər.
Söhbət zamanı MDB, KTMT və Aİİ çərçivəsində 2020-ci ildə birgə işin nəticələrinə yekun vurulub, əməkdaşlığın inkişafı üzrə gələcəkdə atılacaq addımlar müəyyənləşdirilib. Postsovet məkanında çoxsəviyyəli inteqrasiya proseslərinin uzlaşdırılmasının vacibliyi vurğulanıb.
Görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular ətrafında da fikir mübadiləsi aparıblar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ