Çin dünyada analoqu olmayan qatarı sınaqdan keçirir
Tarix: 15-01-2021, 16:30
Baxılıb: 5 624
Google+ Paylaş
Tumblr Paylaş

Çin dünyada analoqu olmayan qatarı sınaqdan keçirir

15-01-2021, 16:30

Çin təyyarə sürəti ilə hərəkət edə bilən qatar prototipinin ilk sınaqlarına başlayıb.
Layihənin müəllifi Şanxay Jiao Tong Universitetinin mühəndis tədqiqat qrupudur.
“South China Morning Post”un məlumatına görə, qatarın sürəti 620 km/saata çatır ki, bu da bəzi təyyarələrin sürəti ilə müqayisə edilə bilər. Mühəndis qrupu qatarın sürətini 800 km/saata çatdırmaq üzərində çalışır.
Çin qatarların dəmir yolu nəqliyyatının inkişafında növbəti addım olacağına ümid edir. Çünki bu qatarlar böyük şəhərlər arasındakı nəqliyyat sistemində daha ucuz, daha sürətli və daha səmərəli fəaliyyət göstərir. Həm də mütəxəssislər qatarda maye azotdan istifadə edir.
2027-ci ildə qatarın istifadəyə verilməsi və müntəzəm Tokio-Naqoya marşrutu üzrə reys açılması planlaşdırılır.
Qeyd edək ki, qatar “Maglev” (maqnit levitasiya) sinfinə aiddir. “Maglev” yol yatağının üstündə dayanan, elektromaqnit sahəsinin gücü ilə idarə olunan qatar və ya tramvay növüdür. Belə qatarlar ənənəvi qatarlardan və tramvaylardan fərqli olaraq, hərəkət zamanı dəmir yolu səthinə toxunmur. Qatarla yolun səthi arasında boşluq olduğundan aralarındakı sürtünmə aradan qaldırılır və tək əyləc qüvvəsi aerodinamik süründürmə olur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ