İtaliyada hökumət koalisiyası dağıldı - Səbəb
Tarix: 13-01-2021, 23:33
Baxılıb: 1 143
Google+ Paylaş
Tumblr Paylaş

İtaliyada hökumət koalisiyası dağıldı - Səbəb

13-01-2021, 23:33

Yanvarın 13-də İtaliyada hökumət koalisiyası dağılıb.
Avromedia.az xəbər verir ki, keçmiş Baş nazir Matteo Renzinin rəhbərlik etdiyi İtalia Viva Partiyası koalisiyalı hökumətin tərkibində iştirakdan imtina edib və hökumətdəki iki nazirinin fəaliyyətini dayandırıb. Bununla da bitərəf Baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi və tərkibinə “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) təmsil olunduğu koalisiya ölkə parlamentində mütləq səs çoxluğunu itirmiş olub.
M.Renzinin bu addımı atmasında əsas səbəb kimi Avropa İttifaqının üzv ölkələr üçün nəzərdə tutduğu və koronavirus böhranından çıxış üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı təyinat üzrə xərclənməsindəki fikir ayrılığı göstərilir. Bundan başqa M. Renzi hökumət rəhbəri C. Konte ilə digər mövzularda da ortaq məxrəcə gələ bilmir. M. Renzi dəfələrlə hökuməti Avrozonanın yardım fondu olan Avropa Sabitlik Mexanizmi çərçivəsində kreditlər götürməyə və həmin vəsaitləri ölkənin səhiyyə sistemini dirçəltməyə sərf etməyə çağırıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ