Almaniyada koronavirusun mutant variantı aşkarlandı
Tarix: 13-01-2021, 15:35
Baxılıb: 3 418
Google+ Paylaş
Tumblr Paylaş

Almaniyada koronavirusun mutant variantı aşkarlandı

13-01-2021, 15:35

Almaniyada koronavirusun Cənubi Afrika ştammı tapılıb.
Bu barədə Baden-Vürtemberq federal əyalətinin Sosial Siyasət və İnteqrasiya Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, virusun mutasiyaya uğramış variantı 13 dekabrda Cənubi Afrikadan Baden-Vürtemberqə gələn 6 nəfərlik ailədə aşkar edilib. Səyahətdən sonra bütün ailə üzvləri karantində olub. 5 gün sonra koronavirus testlərindən keçiblər və cavab çıxıb. Bir neçə gündən sonra isə xəstəliyin yüngül əlamətləri özünü büruzə verməyə başlayıb.
Ailə üzvlərindən birinin təkrar müayinəsi zamanı Cənubi Afrika ştammına yoluxma halı təsdiqlənib.
2020-ci il dekabr ayının ortalarında Cənubi Afrikada koronavirusun yeni mutasiyası aşkar olıunub. SARS-CoV-2 virusunun bu növünə “501.V2” adı verilib. Cənubi Afrika Səhiyyə Nazirliyi ölkədəki ikinci koronavirus dalğasının, ehtimal ki, xəstəliyin bu mutasiyası ilə əlaqəli olduğunu vurğulayıb. Bu ştamm İngiltərə və daha sonra digər ölkələrdə tapılan koronavirus mutasiyasından fərqlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ