Nikol niyə müharibəni ilk gündə dayandırmadı? – Köçəryan
Tarix: 5-12-2020, 09:20
Baxılıb: 4 734
Google+ Paylaş
Tumblr Paylaş

Nikol niyə müharibəni ilk gündə dayandırmadı? – Köçəryan

5-12-2020, 09:20

Baş qərargah rəisinin məruzəsindən sonra Baş nazir Paşinyan “Lavrov planı”nı qəbul etməli və müharibəni dayandırmalı idi.
Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində deyib.
Onun sözlərinə görə, müharibənin 4-cü günü Onik Qasparyanın müharibənin dayandırılması ilə bağlı məlum məruzəsindən sonra Azərbaycan Ordusu bir neçə kilometr irəliləmişdi və erməni tərəfinin cəmi 500 nəfər itkisi var idi. Məhz onda Nikol Paşinyan müharibəni dayandırmalı idi.
“Amma müharibəni 44-cü gün dayandırdılar. Başa düşə bilmirəm ki, generallar məğlubiyyətin qaçılmaz olduğunu deyəndə niyə Paşinyan müharibəni dayandırmadı”, - Köçəryan bildirib.
Keçmiş prezident bildirib ki, əgər hökumət əvvəldən müharibənin real miqyası və itkiləri barədə xalqa məlumat versəydi, o zaman heç kim Paşinyanı satqınlıqda ittiham etməyəcəkdi. Amma yalan üzərində qurulan təbliğat ölkə üçün ölümcül oldu.
“Əgər mən lider olsaydım, müharibə olmayacaqdı. Diplomatik axmaqlıqlar da olmayacaqdı. Əliyev mənimlə müharibəyə qərar verməyəcəkdi. Əgər qərar versəydi belə, məğlubiyyətin qarşısını mütləq almaq olardı. Mən məğlubiyyətə gətirib çıxaran kobud səhvlərə yol verməzdim”, - Köçəryan iddia edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ