Ankarada şəhidlərimiz yad edildi
Tarix: 4-12-2020, 17:14
Baxılıb: 4 628
Google+ Paylaş
Tumblr Paylaş

Ankarada şəhidlərimiz yad edildi

4-12-2020, 17:14

Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə keçirilən anım tədbiri Ankarada da qeyd edilib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin rəsmi Tvitter hesabında məlumat verilib.
Bildirilib ki, səfirliyin qarşısında yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) Azərbaycan Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib:
“Şəhidlərimizin əziz xatirəsini Səfirliyimizdə bir dəqiqəlik sükutla yad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ