Araikin çağırışı: Nazirlik tədbir görəcək
Tarix: 4-12-2020, 13:07
Baxılıb: 4 625
Google+ Paylaş
Tumblr Paylaş

Araikin çağırışı: Nazirlik tədbir görəcək

4-12-2020, 13:07

“Karabakh Telecom”un Azərbaycan ərazilərində xidmət göstərməsi qeyri-qanunidir.
Bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova deyib. O bildirib ki, bu məsələ Azərbaycan dövlətinin ciddi nəzarətindədir:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan təkliflərdə də bu şirkətin qanunsuz fəaliyyətinin dayandırılması məsələsi var. Azərbaycan öz ərazi bütövlüyünü Vətən müharibəsinin yekun nəticəsi olaraq təmin etdi. Bu ərazilərdə rabitənin təşkili Azərbaycanın Milli Nömrələmə Planına uyğun və həmin ərazilər üçün müəyyən edilən kodlar üzərindən təşkil edilməlidir və ediləcək”.
Qeyd edək ki, ötən gün Qarabağ separatçılarının terrorçu rəhbəri Araik Arutyunyan Ermənistanın mobil operator şəbəkələri rəhbərləri ilə görüş keçirərək, onları Qarabağa çağırmış və Qarabağ ərazisi ilə Ermənistanın rabitə şəbəkəsini “birləşdirməyi” təklif etmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ