Dünyada koronanın italyan ştamı yayılır? - Açıqlama
Tarix: 28-11-2020, 20:27
Baxılıb: 5 159
Google+ Paylaş
Tumblr Paylaş

Dünyada koronanın italyan ştamı yayılır? - Açıqlama

28-11-2020, 20:27

Koronavirusun italyan ştamının bütün dünyada yayılması ilə bağlı iddialar heç bir elmi sübuta əsaslanmır.
Bunu alman epidemioloqun iddialarına cavab olaraq Rusiya Dövlət Dumasının deputatı Gennadi Onişenko deyib. O bildirib ki, virusun Avropa ştammının bütün dünyaya yayıldığını iddia etmək üçün daha möhkəm əsaslar lazımdır:
“Mən bu ştamın Cənubi Amerika və ya Şimali Amerika qitəsində hakim olmağa başladığını düşünmürəm. Alman epidemioloqun dedikləri elmi cəhətdən sübut olunmuş faktdan çox iddiadır. Əlbəttə ki, virusun Avropada dolaşan növü var. Avropa nədir? Yerin kiçik bir parçası. Ona görə də mən onun fikirlərində yeni kəşf görmürəm”.
Qeyd edək ki, alman epidemioloq Aleksandr Kekule dünyanın biganəliyi nəticəsində İtaliyanın şimalında mutasiya uğramış koronavirus ştamının bütün dünyaya yayıldığını bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ