Türkiyə Rusiya ilə fikir ayrılığı ucbatından ABŞ-a münasibətdə siyasətini yenidən nəzərdən keçirməyi planlaşdırır.
Bu məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Ankara Vaşinqtonla münasibətləri düzəldərək, onunla silah kontraktları imzalayacağına ümid edir. Türkiyə, həmçinin ABŞ-ın ona NATO-dakı müttəfiqləri ilə fikir ayrılığını ortadan qaldırmağa yardım edəcəyinə ümid edir.
Ankaranın Vaşinqtonun yeni sanksiyalarından qaçmaq üçün S-400-lərin NATO-nun hava hücumundan müdafiə sitemlərinə inteqrasiyasından imtina edə biləcəyi də məqalədə qeyd olunub.