Rusiya Qarabağa xidməti itlər göndərdi
Tarix: 23-11-2020, 10:41
Baxılıb: 5 176
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya Qarabağa xidməti itlər göndərdi

23-11-2020, 10:41

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənmə Mərkəzinin bölmələri Qarabağa göndərilib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiya təyyarələrinin An-124, Il-76 və Tu-154 təyyarələri Moskva yaxınlığındakı Çkalovski hava limanından Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənmə Mərkəzinin mütəxəssislərini, texnika və silahlarını, eləcə də xidməti itlərini çatdırıb. Mərkəzin bölmələri Qarabağdakı ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsində iştirak edəcəklər.
İrəvanın aerodromlarına 100-dən çox hərbçi, 13 ədəd hərbi və xüsusi texnika, o cümlədən "Uran-6" robot minalardan təmizləmə kompleksləri, zirehli heyət daşıyıcıları və texnikaların çatdırıldığı qeyd olunur.
Heyət və texnika İrəvan-Gorus-Xankəndi marşrutu istiqamətində hərəkət edəcək və təyinat yerinə çatdıqdan sonra Qarabağ bölgəsində münaqişə zamanı ən çox təsir görmüş mühəndis kəşfiyyatı, minalardan təmizlənmə və partlayıcı maddələrin məhv edilməsinə başlayacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ