Gürcüstanda parlament seçkisi başladı
Tarix: 31-10-2020, 10:34
Baxılıb: 3 421
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstanda parlament seçkisi başladı

31-10-2020, 10:34

Gürcüstanda parlament seçkisinə start verilib.
08:00-da ölkədəki bütün seçki məntəqələri açılıb.
Hazırkı parlament seçkisi ölkədə qarışıq sistemdə keçirilən son seçkidir. Belə ki, bu sistemə əsasən, parlamentə seçiləcək deputatların 120-si proporsional, 30-u isə majoritar sistem üzrə müəyyən ediləcək. Növbəti seçkidə isə artıq ölkədə yalnız proporsional sistem hakim olacaq.
Parlament seçkisində həmçinin partiyalar üçün cəmi 1%-lik bariyer müəyyən edilib. Bununla bərabər Tiflis seçkinin keçirilməsinə 42,8 milyon lari ayırıb.
Ümumilikdə seçkiyə 55 partiya qatılıb. Onlardan 7-si iki blokda – Güc Birlikdədir (5 partiya) və Aqmaşenebeli Strategiyasında (2 partiya) birləşiblər. Parlamentdə proporsional sistem üzrə müəyyənləşdirilməli olan 120 yerə 6880 nəfər namizədliyini irəli sürüb. Majoritar sistemlə müəyyənləşdirilməli olan 30 yerə isə 485 nəfər namizəd olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ