Parlament seçkiləri keçirilir-GÜRCÜSTANDA
Tarix: 31-10-2020, 08:47
Baxılıb: 3 071
Google+ Paylaş
Tumblr Paylaş

Parlament seçkiləri keçirilir-GÜRCÜSTANDA

31-10-2020, 08:47

Bu gün Gürcüstanın birpalatalı parlamentinə seçkilər günüdür.
Avromedia.az xəbər verir ki, seçkilərdə 48 siyasi partiya və iki seçki bloku iştirak edəcək.
Səsvermənin əsas çəkişməsi 2012-ci ildə hakimiyyətə gəlmiş “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın üçüncü dəfə hakim partiya statusunu qoruyub saxlaya bilib-bilməyəcəyi və ya keçmiş prezident Mixeil Saakaşvilinin qurduğu "Birləşmiş Milli Hərəkat" Partiyasının yenidən hakimiyyətə qayıdıb-qayıtmayacağı ilə bağlıdır.
Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da red) açılacaq və saat 20:00-da bağlanacaq. Gürcüstanda seçkilər günündə 3 849 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkədən xaricdə 52 seçki məntəqəsi açılacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ