Rusiya ABŞ-ı İranın nüvə proqramı ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırır
Tarix: 12-06-2019, 20:27
Baxılıb: 1 642

Rusiya ABŞ-ı İranın nüvə proqramı ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırır

12-06-2019, 20:27

Moskva Vaşinqtonu İranın nüvə proqramı ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırır, əgər Birgə Fəaliyyət Planı pozulsa  bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək.
Avromedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu beynəlxalq təşkilatlarda Rusiya Federasiyasının daimi nümayəndəsi Mixail Ulyanov açıqlayıb.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytında xəbər verilir ki, Ulyanov 11 iyun tarixində Vyanada keçirilən Beynəlxalq Atom Enerji Agentliyi İdarə Heyətinin iclasında belə bir bəyanatla çıxış edib.
O qeyd edib ki, ABŞ açıq şantaj və təhdid üsulları ilə digər ölkələri İranla olan qanuni ticarət və iqtisadi əlaqələrini məhdudlaşdırmağa çalışır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ