Türkiyədə tarixi gün: Ərdoğan bəyan etdi...
Tarix: 17-10-2020, 18:49
Baxılıb: 3 418
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə tarixi gün: Ərdoğan bəyan etdi...

17-10-2020, 18:49

Türkiyənin Qara dənizdəki milli sektorunda yeni təbii qaz ehtiyatı aşkarlayıb. “Fateh” kəşfiyyat gəmisi tərəfindən araşdırma aparılan “Sakarya” yatağının “Tuna-1” kəşfiyyat quyusunda 85 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlanıb. Beləliklə, Türkiyə tərəfindən Qara dənizdə aşkarlanan təbii qaz ehtiyatının həcmi 405 milyard kubmetrə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fateh” kəşfiyyat gəmisini ziyarəti zamanı açıqlayıb.
Bu günün Türkiyə üçün tarixi gün olduğunu deyən Rəcəb Tayyib Ərdoğan əsas hədəfin 2023-cü ildə Qara dəniz qazının ölkə əhalisinin istifadəsinə verilməsi olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fateh” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ