İrəvandan İrana etiraf: Bakıya müqavimət göstərə bilmirik
Tarix: 16-10-2020, 23:40
Baxılıb: 3 223
Google+ Paylaş
Tumblr Paylaş

İrəvandan İrana etiraf: Bakıya müqavimət göstərə bilmirik

16-10-2020, 23:40

Ermənistan Azərbaycan Ordusunun Qarabağda irəliləməsinin qarşısını almaqdan ötrü yenidən İrana müraciət edib.
Avromedia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Levon Ayvazyan bir neçə gün öncə İranın Ermənistandakı Səfirliyinə hərbi attaşe təyin olunan polkovnik Bəhman Sadeqi ilə son bir həftə ərzində ikinci dəfə görüşüb. Görüş zamanı Ayvazyan Tehrandan Azərbaycan Ordusu ilə döyüşləri İranla sərhəddən daha təhlükəsiz əraziyə keçirilməsini istəyib və bunun vacib olduğunu bildirib.
Ayvazyan dolayı yolla işğal olunmuş Qarabağın İranla sərhədə yaxın ərazisində Azərbaycan Ordusuna müqavimət göstərmək iqtidarında olmadıqlarını etiraf edib.
Qeyd edək ki, Qarabağda Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladıqdan sonra Ermənistanın atdığı raketlərin bir qismi İran ərazisinə düşüb və müxtəlif itkilərə səbəb olub. İrəvanın niyə məhz İran ərazisini vurduğu hələ də müəmmalı olaraq qalır. Bununla belə bəzi mənbələr Ermənistanın bilərəkdən İran ərazisini atəşə məruz qoyduğunu və İranı prosesə cəlb etmək istədiyi bildirirlər. Analitiklər isə Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyən Ermənistanın analoji addımları yaxın zamanlarda yenidən təkrarlaya biləcəyini istisna etmirlər.Axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ