Nigeriyada silahlı qrupların hücumları nəticəsində 40-dan çox insan ölüb
Tarix: 10-06-2019, 21:02
Baxılıb: 1 738

Nigeriyada silahlı qrupların hücumları nəticəsində 40-dan çox insan ölüb

10-06-2019, 21:02

Nigeriyada ötən həftə sonu silahlı qrupların kəndlilərə bir neçə hücumu nəticəsində azı 43 nəfər öldürülüb.
Kəndlilərə ilk hücum dalğası Sokoto şəhərindən yüz kilometr uzaqlıqda baş verib. Avromedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, nəticədə 25 nəfər ölüb. 
"Dörd kənddə ümumilikdə 25 nəfər öldürülüb", Sokoto Dövlət Polis idarəsinin nümayəndəsi İbrahim Kaodze bildirib.
Silahlı qruplar eyni ştatda yenidən bir sıra hücumlar həyata keçiriblər. Bu dəfə də 18 nəfər həlak olub. 
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ