Paşinyan boş əllə Qarabağda savaşa başlayır - Bozoyan
Tarix: 10-06-2019, 11:21
Baxılıb: 1 736

Paşinyan boş əllə Qarabağda savaşa başlayır - Bozoyan

10-06-2019, 11:21

İrəvanla Qarabağ separatçıları arasında gərgin münasibətlər Qarabağdakı seçkilərlə bağlıdır.
Avromedia.az xəbər verir ki, bunu “SputnikErmənistan”a müsahibəsində politoloq Yervand Bozoyan deyib.
“Paşinyan hakimiyyətə gəldikdən sonra parlamentdə üstünlüyü ələ keçirdi. O, indi çalışır ki, məhkəmə hakimiyyətinə də nəzarəti əlinə alsın. Hazırda Paşinyan üçün Qarabağdakı hakimiyyətdə ona tərəfdaş olmayan şəxsin oturması qəbuledilməzdir. Maraqlı məqam odur ki, Qarabağda bir-biriylə mübarizə aparan qüvvələr Paşinyanla əlaqələrə sahib deyillər. Bəziləri Paşinyanın Qarabağdakı adamının Araik Arutyunyan olduğunu deyirlər, lakin onun Qarabağdakı reytinqi çox aşağıdır. Birbaşa tərəfdaşı olmadan Paşinyan meydanı özü üçün təmizləməyə cəhd edir, yəni Arutyunyanın potensial rəqiblərini hədəfə götürür”, – deyə o bildirib.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ